Please log in to proceed.

Course is available

Standart ehtiyat tədbirləri: Əl gigiyenası

Offered by OpenWHO
Standart ehtiyat tədbirləri: Əl gigiyenası

Səhiyyə xidməti ilə əlaqəli infeksiyaların əksəriyyətinin qarşısını əllərin düzgün gigiyenası - onları lazımi vaxtlarda və düzgün şəkildə təmizləmək yolu ilə almaq mümkündür. Səhiyyə xidmətləri zamanı əl gigiyenası üzrə ÜST təlimatları bütün dünyada səhiyyə müəssisələrində əl gigiyenasının təbliği və yaxşılaşdırılmasını dəstəkləyir və bu təlimatlar ÜST-nin multimodal əl gigiyenasının yaxşılaşdırılması strategiyası, tətbiqetmə bələdçisi və istifadəyə hazır bir çox praktiki alətlərin daxil olduğu tətbiqetmə dəsti ilə tamamlanır. Bu modul əl gigiyenası üzrə ÜST təlimatlarının, əlaqədar vasitələrin və effektiv tətbiqetmə üçün ideyaların ümumiləşdirilməsinə kömək məqsədilə hazırlanıb.

Please note: These materials were launched on 25/02/2020.

Self-paced
Language: Azərbaycan dili
English
COVID-19

Course information

Bu kurs aşağıdakı dillərdə də mövcuddur:

English - français - Português - العربية - Русский - Español - 中文 - Nederlands - Soomaaliga - Türk - සිංහල- தமிழ் - Shqip - македонски - Tetun - Казақ тілі - Հայերեն - ქართული ენა

Ümumi icmal: Tibb işçilərinin əlləri xəstələrin təhlükəsizliyinin təmin edilməsində vacib rol oynayır. Əgər tibb işçiləri əllərini lazım olan anlarda müvafiq üsullardan istifadə etməklə təmizləmirlərsə, onlar öz əlləri vasitəsilə infeksion xəstəliyə səbəb olan mikroorqanizmləri bir xəstədən digərinə ötürə bilərlər. Mühüm məqamlarda əl gigiyenasına riayət etmək vacib tibbi qulluq proseduru hesab edilir. Əl gigiyenası mikroorqanizmlərin (o cümlədən, antibiotiklərə qarşı davamlı olanların) ötürülməsini azaldır, xəstə təhlükəsizliyini artırır və səhiyyə xidməti ilə əlaqəli infeksiyaların (SXƏİ) sayını azaldır. Effektiv, vaxtında icra olunan əl gigiyenası infeksion profilaktika və infeksion nəzarət (İPİN) işinin təməlini təşkil edir.

Tədris məqsədləri: Kursun sonunda iştirakçılar aşağıdakıları bacarmalıdırlar:

  • Əl gigiyenasını infeksion profilaktika və nəzarət işində mühüm komponent kimi təsvir etmək;
  • Əl gigiyenasının “5 Məqam”ını müəyyən etmək;
  • Xəstəyə qulluq zamanı əlcəklərdən istifadə və əl gigiyenasını müzakirə etmək;
  • ÜST tərəfindən tövsiyə edilən üsulla əllərin sabun və su ilə yuyulmasının düzgün yolunu nümayiş etdirmək;
  • ÜST tərəfindən tövsiyə edilən üsulla spirt tərkibli antiseptik məhluldan (STAM) istifadə etməklə əl gigiyenasına düzgün riayəti nümayiş etdirmək; və
  • Hər hansı bir tibb müəssisəsində əl gigiyenasının vacib məsələlərini və mülahizələrini müzakirə etmək.

Kursun müddəti: Təxminən 1 saat.

Sertifikatlar: Proqram yekunlaşdıqdan sonra keçiriləcək testdə ən az 70% nəticə əldə edən iştirakçılara ”Sertifikat” təqdim ediləcək. Tələb olunan nəticəni əldə etmək üçün limitsiz sayda cəhd göstərə bilərsiniz. Sertifikat alan iştirakçılar bu kurs üçün Açıq Nişanı da yükləyə bilərlər. Necə etməyi öyrənmək üçün buraya klikləyin.

Standard precautions: Hand hygiene, 2020-ci ildən Azərbaycan dilinə tərcümə edilmişdir. ÜST bu tərcümənin məzmununa və ya dəqiqliyinə cavabdeh deyil. İngilis dili ilə azərbaycan dilinin tərcüməsi arasında hər hansı bir uyğunsuzluq olduğu təqdirdə, orijinal ingilis versiyası məcburi və orijinal variantdır.

Enroll me for this course

The course is free. Just register for an account on OpenWHO and take the course!
Enroll me now

Certificate Requirements

  • Gain a Record of Achievement by earning at least 70% of the maximum number of points from all graded assignments.