El curso está disponible

“İnfeksiyaların profilaktikası və infeksiyalara nəzarət” -ə (İPİN) Giriş

Impartido por OpenWHO
“İnfeksiyaların profilaktikası və infeksiyalara nəzarət” -ə (İPİN) Giriş

İnfeksiyaların profilaktikası və infeksiyalara nəzarət (İPİN) keyfiyyətli səhiyyə xidmətinin və xəstə təhlükəsizliyinin vacib bir hissəsidir. Bu modulda siz səhiyyə xidməti ilə əlaqəli infeksiyaların (SXƏİ) necə və nə üçün baş verdiyini və İPİN tədbirlərinin həmin infeksiyaların riskini və yayılmasını necə azaltdığını öyrənəcəksiniz.

En modo autodidacta
Idioma: Azərbaycan dili
Health topic

Información del curso

Bu kurs aşağıdakı dillərdə də mövcuddur:

English - македонски - Հայերեն - Українська - ქართული ენა

Kursun ümumi icmalı: İnfeksiyaların profilaktikası və infeksiyalara nəzarət (İPİN) tibb müəssisələrində xəstələrə qulluq üzrə bütün fəaliyyətlərə təsir göstərən tətbiqi sahədir. İPİN, antimikrob rezistentliyinin (AMR) qarşısının alınması da daxil olmaqla keyfiyyətli səhiyyə xidmətinin və xəstə təhlükəsizliyinin vacib bir hissəsidir. Bu modulda siz səhiyyə xidməti ilə əlaqəli infeksiyaların (SXƏİ) necə və nə üçün baş verdiyini və İPİN tədbirlərinin həmin infeksiyaların riskini və yayılmasını necə azaltdığını öyrənəcəksiniz. Effektiv İPİN dedikdə patogenlərin və AMR-in yayılmasının qarşısını almaq məqsədilə bütün səhiyyə işçilərinin öz üzərlərinə düşənləri yerinə yetirdiyi bir proqramın tərtib edilməsi nəzərdə tutulur.

Kursun tədris məqsədləri :

Bu sessiyanın sonunda siz aşağıdakı bacarıqlara yiyələnmiş olacaqsınız:

  • Səhiyyə xidməti ilə əlaqəli infeksiyaların mümkün səbəblərini müəyyənləşdirə və həmin infeksiyaların necə ötürüldüyünü təsvir edə bilməlisiniz.
  • Risklərin tanınmasının xəstələri və tibb işçilərini necə qoruduğunu təsvir edə və tibb müəssisələrində SXƏİ ilə əlaqəli risk amillərini müəyyənləşdirə bilməlisiniz.
  • Nəzarət vasitələrinin iyerarxiyasını və bu tədbirlərin səhiyyə müəssisələrində riski necə azaltdığını təsvir edə bilməlisiniz.
  • İPİN üzrə əsas komponentlərin İPİN proqramlarının uğurla həyata keçirilməsində oynadığı rolu müəyyənləşdirə bilməlisiniz.

Kursun müddəti: Təxminən 1 saat.

Certificates: Proqram yekunlaşdıqdan sonra keçiriləcək sınaqda ən azı 70% nəticə əldə edən iştirakçılara sertifikat təqdim ediləcəkdir. Limiti keçmək üçün qeyri-məhdud sayda cəhd göstərə bilərsiniz. Sertifikat alan iştirakçılar bu kurs üçün Açıq Nişanı da yükləyə bilərlər. Necə etməyi öyrənmək üçün bura klikləyin.

Introduction to Infection Prevention and Control (IPC) 2024-ci ildən Azərbaycan dilinə tərcümə edilmişdir. ÜST bu tərcümənin məzmununa və ya dəqiqliyinə cavabdeh deyil. İngilis dili ilə azərbaycan dilinin tərcüməsi arasında hər hansı bir uyğunsuzluq olduğu təqdirdə, orijinal ingilis versiyası məcburi və orijinal variantdır.

Contenido del curso

  • İPN-ə Giriş:

    Bu modulda siz səhiyyə xidməti ilə əlaqəli infeksiyaların (SXƏİ) necə və nə üçün baş verdiyini və İPİN tədbirlərinin yayılma riskini necə azalda biləcəyinizi öyrənəcəksiniz.

Matricularme en este curso

El curso es gratuito. Solo tiene que crear una cuenta en OpenWHO ¡y ya puede hacer el curso!
Matricularme ahora

Requisitos para el certificado

  • Obtenga un certificado de estudios al obtener más del 70% del número máximo de puntos de todos los trabajos evaluados.
  • Obtenga una insignia digitale abierta al completar el curso.