El curso está disponible

Tibbi vasitələrin dekontaminasiyası və sterilizasiyası

Impartido por OpenWHO
Tibbi vasitələrin dekontaminasiyası və sterilizasiyası

Tibbi vasitələr və alətlərin dekontaminasiyası Səhiyyə xidməti ilə əlaqədar infeksiyaların (SXƏİ) qarşısının alınmasında çox vacib rol oynayır. Həqiqətən də cərrahi alətlərin, endoskopik cihazların, respirator qulluq vasitələri və təkrar istifadə edilə bilən hemodializ cihazlarının yanlış dekontaminasiyası hallarına hələ də tez-tez rast gəlinir və bu da SXƏİ-lara səbəb olur. Bundan başqa resurs çatışmazlığı yaşanan bir çox yerlərdə birdəfəlik istifadə üçün nəzərdə tutulan tibbi vasitələrin təkrar istifadəsi geniş yayılmış haldır.

Diqqət edin: Bu materiallar bu tarixdə istifadəyə verilib 26/05/2020.

En modo autodidacta
Idioma: Azərbaycan dili
COVID-19

Información del curso

Bu kurs aşağıdakı dillərdə də mövcuddur:

English - Русский - македонски - ქართული ენა

Ümumi icmal: Sterilizasiya və dekontaminasiya spesifik infrastruktur, avadanlıq və fəaliyyət tələb edən mürəkkəb proseslərdir. İki hissəyə bölünən bu kursda, siz tibbi vasitələrin dekontaminasiyası və sterilizasiyasının idarə edilməsi üçün ümumi prosedurlar haqqında öyrənəcəksiniz.

Tədrisin məqsədi: Bu kursun sonunda siz: :

  • dekontaminasiya və Spauldinq təsnifatını təsvir edə biləcəksiniz;
  • birdəfəlik tibbi vasitələrin təkrar istifadəsinin təhlükələrini izah edə biləcəksiniz;
  • dekontaminasiya bölməsinin quruluşu və iş axınını təsvir edə biləcəksiniz;
  • steril tibbi vasitələrin düzgün şəkildə qəbulu, saxlanması və daşınması mərhələlərini sadalaya biləcəksiniz;
  • tibbi vasitələrin təmizlənməsinin vacibliyini və müvafiq təmizləmə metodlarını təsvir edə biləcəksiniz;
  • tibbi vasitələrin yoxlanması, qulluq və paketləmə üçün ən yaxşı təcrübələri təsvir edə biləcəksiniz; -buxarla sterilizasiya üçün təsdiqləmə prosesinin müxtəlif elementlərini təsvir edə biləcəksiniz; və
  • müxtəlif dezinfeksiya və sterilizasiya üsullarını təsvir edə biləcəksiniz.

Kursun müddəti:: Təxminən 2 saat (hər hissəyə 1 saat).

Sertifikatlar: Proqram yekunlaşdıqdan sonra keçiriləcək testdə ən az 70% nəticə əldə edən iştirakçılara ”Sertifikat” təqdim ediləcək. Tələb olunan nəticəni əldə etmək üçün limitsiz sayda cəhd göstərə bilərsiniz. Sertifikat alan iştirakçılar bu kurs üçün Açıq Nişanı da yükləyə bilərlər. Necə etməyi öyrənmək üçün buraya klikləyin.

Decontamination and sterilization of medical devices 2020 -ci ildən Azərbaycan dilinə tərcümə edilmişdir. ÜST bu tərcümənin məzmununa və ya dəqiqliyinə cavabdeh deyil. İngilis dili ilə azərbaycan dilinin tərcüməsi arasında hər hansı bir uyğunsuzluq olduğu təqdirdə, orijinal ingilis versiyası məcburi və orijinal variantdır.

Matricularme en este curso

El curso es gratuito. Solo tiene que crear una cuenta en OpenWHO ¡y ya puede hacer el curso!
Matricularme ahora

Requisitos para el certificado

  • Obtenga un certificado de estudios al obtener más del 70% del número máximo de puntos de todos los trabajos evaluados.
  • Obtenga una insignia digitale abierta al completar el curso.