Курс доступен
Liderlik infeksiyaların profilaktikası və nəzarət (İPN) üzrə uğurlu proqramın vacib hissəsidir. Bu bacarıqlar İPN komandasında, digər liderlərdə və tibb işçilərində müsbət dəyişikliklərə səbəb ola, İPN proqramlarının dayanıqlılığını təmin edə bilər. Dayanıqlı proqram hazırlamaq üçün İPN liderləri layihələrin idarə edilməsi və risklərin qiymətləndirilməsi üzrə yüksək bacarıqlara, icra strategiyaları barədə təsəvvürə sahib olmalıdırlar. Biz həmçinin müəssisənizdə tibb işçiləri üçün adekvat təlim və tədris proqramlarının hazırlanmasının əhəmiyyətini öyrənəcəyik. Sistematik dəyişikliklərin həyata keçirilməsi çətin bir vəzifədir. Bu liderlik bacarıqlarından istifadə etməklə sizdə məhsuldar İPN komandası yaratmağa, İPN layihələrini uğurla idarə etməyə və dayanıqlı İPN proqramını hazırlamağa imkan verəcək baza formalaşacaqdır.
Qeyd edin: Bu materiallar 21/01/2021-ci ildə istifadəyə verilib.
Bu kurs aşağıdakı dillərdə də mövcuddur:
English - Français - Shqip - македонски - Հայերեն -
Ümumi icmal: Bu kursda biz liderə xas olan xüsusiyyətləri və liderliyin müxtəlif növlərini, o cümlədən liderlik bacarıqlarının effektiv kommunikasiya və münaqişələrin idarə edilməsi üçün nə qədər mühüm olduğunu nəzərdən keçirəcəyik. Bundan əlavə, biz layihənin idarə edilməsi prosesini, infeksiyanın qarşısının alınması və infeksiyaya nəzarət üzrə böyüklər üçün təlim prosesini, o cümlədən tədqiqat nəticələrinin tətbiqi üsullarının tədqiqinin əsaslarını, eləcə də multimodal strategiyaların davranış dəyişikliyinə nə dərəcədə yardım edə biləcəyini və maraqlı tərəflərə nə dərəcədə təsir göstərə biləcəyini nəzərdən keçirəcəyik.
Öyrənmə məqsədləri: Bu sessiyanın sonunda siz aşağıdakı bacarıqlara yiyələnmiş olacaqsınız:
Kursun müddəti: Təxminən 4 saat.
Sertifikatlar: Proqram yekunlaşdıqdan sonra keçiriləcək sınaqda ən azı 70% nəticə əldə edən iştirakçılara sertifikat təqdim ediləcəkdir. Limiti keçmək üçün qeyri-məhdud sayda cəhd göstərə bilərsiniz. Nailiyyət Qeydini alan iştirakçılar bu kurs üçün Açıq Nişanı da yükləyə bilərlər. Necə öyrənmək üçün bura vurun.
Leadership and programme management in Infection Prevention and Control (IPC), 2020-ci ildən Azərbaycan dilinə tərcümə edilmişdir. ÜST bu tərcümənin məzmununa və ya dəqiqliyinə cavabdeh deyil. İngilis dili ilə azərbaycan dilinin tərcüməsi arasında hər hansı bir uyğunsuzluq olduğu təqdirdə, orijinal ingilis versiyası məcburi və orijinal variantdır.