Curso disponível

İnfeksiyaların profilaktikası və nəzarət üzrə liderlik və proqramın idarə edilməsi

Oferecido por OpenWHO
İnfeksiyaların profilaktikası və nəzarət üzrə liderlik və proqramın idarə edilməsi

Liderlik infeksiyaların profilaktikası və nəzarət (İPN) üzrə uğurlu proqramın vacib hissəsidir. Bu bacarıqlar İPN komandasında, digər liderlərdə və tibb işçilərində müsbət dəyişikliklərə səbəb ola, İPN proqramlarının dayanıqlılığını təmin edə bilər. Dayanıqlı proqram hazırlamaq üçün İPN liderləri layihələrin idarə edilməsi və risklərin qiymətləndirilməsi üzrə yüksək bacarıqlara, icra strategiyaları barədə təsəvvürə sahib olmalıdırlar. Biz həmçinin müəssisənizdə tibb işçiləri üçün adekvat təlim və tədris proqramlarının hazırlanmasının əhəmiyyətini öyrənəcəyik. Sistematik dəyişikliklərin həyata keçirilməsi çətin bir vəzifədir. Bu liderlik bacarıqlarından istifadə etməklə sizdə məhsuldar İPN komandası yaratmağa, İPN layihələrini uğurla idarə etməyə və dayanıqlı İPN proqramını hazırlamağa imkan verəcək baza formalaşacaqdır.

Qeyd edin: Bu materiallar 21/01/2021-ci ildə istifadəyə verilib.

Em modo autodidata
Idioma: Azərbaycan dili
COVID-19

Informações do curso

Bu kurs aşağıdakı dillərdə də mövcuddur:

English - Français - Shqip - македонски - Հայերեն -

Ümumi icmal: Bu kursda biz liderə xas olan xüsusiyyətləri və liderliyin müxtəlif növlərini, o cümlədən liderlik bacarıqlarının effektiv kommunikasiya və münaqişələrin idarə edilməsi üçün nə qədər mühüm olduğunu nəzərdən keçirəcəyik. Bundan əlavə, biz layihənin idarə edilməsi prosesini, infeksiyanın qarşısının alınması və infeksiyaya nəzarət üzrə böyüklər üçün təlim prosesini, o cümlədən tədqiqat nəticələrinin tətbiqi üsullarının tədqiqinin əsaslarını, eləcə də multimodal strategiyaların davranış dəyişikliyinə nə dərəcədə yardım edə biləcəyini və maraqlı tərəflərə nə dərəcədə təsir göstərə biləcəyini nəzərdən keçirəcəyik.

Öyrənmə məqsədləri: Bu sessiyanın sonunda siz aşağıdakı bacarıqlara yiyələnmiş olacaqsınız:

  • İPN koordinatorunun vəzifə və öhdəlikləri kontekstində liderlik anlayışını müəyyən etmək;
  • liderliyin xüsusiyyət və növlərinin sizin liderlik yanaşmalarınızla nə dərəcədə əlaqəli olduğunu müəyyən etmək;
  • ünsiyyət komponentlərini müəyyən etmək və onlardan İPN çərçivəsində effektiv şəkildə ünsiyyət qurmaq üçün necə istifadə olunduğunu təsvir etmək;
  • müxtəlif İPN kontekstlərində istifadə etmək üçün ən effektiv ünsiyyət vasitələrini seçmək;
  • münaqişəni optimal şəkildə həll etmək üçün hansı liderlik bacarıqları və davranışlarına ehtiyac olduğunu izah etmək;
  • effektiv İPN proqramı hazırlamaq üçün layihənin idarə edilməsi bacarıqlarının necə tətbiq olunduğunu izah etmək;
  • öz İPN layihələriniz kontekstində riskləri və risklərin idarə edilməsi strategiyalarını müəyyən edərək təsnif etmək;
  • müəssisənizdə tibb işçilərinin təlim və tədris ehtiyacları ilə bağlı yanaşmalarınıza yaşlıların tədrisi nəzəriyyələrini tətbiq etmək;
  • uğurlu icra prosesinin üç amilini (kontekst, innovasiya və alıcılar) təsvir etmək və İPN tədbirlərinin inkişaf etdirilməsi mexanizmini müəyyən etmək;
  • davranış dəyişikliklərinin başa düşülməsindən ən yaxşı İPN müdaxilələrini hazırlamaq və həyata keçirmək üçün necə istifadə oluna biləcəyini izah etmək;
  • ucuz və ya xərcsiz başa gələn düzəlişləri həyata keçirməyə cəhd göstərən zaman istifadə etmək üçün ən yaxşı strategiyaları seçmək;
  • prosesləri və nəticələri sistematik şəkildə yaxşılaşdırmaq üçün istifadə edilə biləcək keyfiyyətin artırılması strategiyalarını hazırlamaq.

Kursun müddəti: Təxminən 4 saat.

Sertifikatlar: Proqram yekunlaşdıqdan sonra keçiriləcək sınaqda ən azı 70% nəticə əldə edən iştirakçılara sertifikat təqdim ediləcəkdir. Limiti keçmək üçün qeyri-məhdud sayda cəhd göstərə bilərsiniz. Nailiyyət Qeydini alan iştirakçılar bu kurs üçün Açıq Nişanı da yükləyə bilərlər. Necə öyrənmək üçün bura vurun.

Leadership and programme management in Infection Prevention and Control (IPC), 2020-ci ildən Azərbaycan dilinə tərcümə edilmişdir. ÜST bu tərcümənin məzmununa və ya dəqiqliyinə cavabdeh deyil. İngilis dili ilə azərbaycan dilinin tərcüməsi arasında hər hansı bir uyğunsuzluq olduğu təqdirdə, orijinal ingilis versiyası məcburi və orijinal variantdır.

Conteúdo do curso

  • Modul 1: Liderlik bacarıqları:

    Liderlik uğurlu İPN proqramının vacib hissəsidir. Bu modulda biz liderə xas olan xüsusiyyətləri və liderliyin müxtəlif növlərini, o cümlədən liderlik bacarıqlarının effektiv ünsiyyət və münaqişələrin idarə edilməsi üçün nə qədər mühüm olduğunu nəzərdən keçirəcəyik. Bu bacarıqlar İPN komandasında, digər liderlərdə və tibb işçilərində müsbət dəyişikliklərə səbəb ola, İPN proqramlarının dayanıqlılığını təmin edə bilər. Bu liderlik bacarıqlarına yiyələndikdə effektiv İPN komandası və proqramı yaratmağa, eyni zamanda öz müəssisənizdə etimad və nüfuz qazanmağınıza imkan verəcək zəmin formlaşadıracaqsınız.
  • Modul 2: Layihənin idarə edilməsi:

    Liderlik uğurlu İPN proqramının vacib hissəsidir. Bu modulda biz layihənin idarə edilməsi prosesini və böyüklər üçün İPN üzrə təlim prosesini nəzərdən keçirəcəyik. Bu bacarıqlar İPN komandasında, digər liderlərdə və tibb işçilərində müsbət dəyişikliklərə səbəb ola, İPN proqramlarının dayanıqlılığını təmin edə bilər. Dayanıqlı proqram hazırlamaq üçün İN liderləri layihələrin idarə edilməsi və risklərin qiymətləndirilməsi üzrə yüksək bacarıqlara sahib olmalıdırlar. Biz həmçinin müəssisənizdə tibb işçiləri üçün adekvat təlim və tədris proqramlarının hazırlanmasının əhəmiyyətini öyrənəcəyik. Sistematik dəyişikliklərin həyata keçirilməsi çətin bir vəzifədir. Bu liderlik bacarıqlarından istifadə etməklə sizdə məhsuldar İN komandası yaratmağa, İN layihələrini uğurla idarə etməyə və dayanıqlı İN proqramını hazırlamağa imkan verəcək baza formalaşacaqdır.
  • Modul 3: İcra strategiyaları və keyfiyyətin artırılması:

    İcra strategiyaları sizə strukturlaşdırılmış dəyişiklikləri ərsəyə gətirmək və müəssisənizdə İPN normalarını pasiyentə qulluq zamanı tətbiq etmək imkanı verir. İPN koordinatoru kimi İPN müdaxilələrinin yaradılması və davamlılığının təmin edilməsi qaydalarını bilmək sizin üçün vacibdir. Bu modulda siz tədqiqat nəticələrinin tətbiqi üsullarının tədqiqinin əsaslarını, eləcə də multimodal strategiyaların davranış dəyişikliyini necə dəstəklədiyini və maraqlı tərəflərə necə təsir göstərdiyini öyrənəcəksiniz.
  • Rəhbərlik: İnfeksiyaların profilaktikası və nəzarət üzrə liderlik və proqramın idarə edilməs:

Inscrever-me neste curso

O curso é gratuito. Basta se registrar para uma conta em OpenWHO e fazer o curso!
Inscrever-me agora
Learners enrolled: 2195

Requisitos de certificado

  • Ganhe um registro de conquista ao ganhar mais de 70% do número máximo de pontos de todas as tarefas com nota.
  • Ganhe um Open Badge ao concluir o curso.